ELM VƏ TƏHSİL


Məktəbəhazırlıq qruplarında – beşyaşlıların bir günü

Bakı, 6 noyabr, AZƏRTAC 

Bu il ilk dəfə məktəbəhazırlıq qruplarına sənəd qəbulu https://mektebeqebul.edu.az/ elektron sistemi vasitəsilə həyata keçirilib.

AZƏRTAC xəbər verir ki, məktəbəhazırlıq qruplarında məşğələlər oktyabrın 1-dən başlanıb və mayın 31-dək davam edəcək.

Qruplarda “Ətraf aləmlə tanışlıq”, “Savad təliminə hazırlıq və nitq inkişafı”, “Bədii təfəkkürün inkişafı”, “Məntiqi və riyazi təfəkkürün inkişafı”, “Təsviri fəaliyyət”, “Musiqi” və “Fiziki mədəniyyət” dərs məşğələləri tədris edilir. Dövlət ümumtəhsil məktəblərində yaradılan məktəbəhazırlıq qruplarında dərs ili iki yarımilə bölünür. Bu qruplarda gün ərzində üç, həftədə dörd gün 12 məşğələ keçirilir. Məşğələnin müddəti 30 dəqiqə, məşğələlərarası fasilə 10 dəqiqədir.

Xatırladaq ki, 2019-2020-ci tədris ilində bütün 5 yaşlıların 90 faizinin məktəbəhazırlıq qruplarına cəlb olunması üçün dövlət tərəfindən imkan yaradılıb. Məktəbəhazırlıq qruplarının yaradılmasının məqsədi 5 yaşlı uşaqların məktəb təliminə hazırlığı ilə əlaqədar psixoloji dayanıqlığını artırmaq, əhatə olunduqları aləmə və təhsil mühitinə uyğunlaşdırmaq, onların ünsiyyət və birgə fəaliyyət bacarıqlarına yiyələnmələrini təmin etməkdir. Məktəbəhazırlıq qrupları ölkənin bütün şəhər və rayonlarında, müvafiq maddi-texniki bazası və kadr potensialı olan məktəblərdə təşkil edilir. Dövlət ümumtəhsil məktəblərində yaradılmış məktəbəhazırlıq qruplarına 5 yaşı həmin il tamam olmuş uşaqlar qəbul edilirlər. Məktəbəhazırlıq qruplarında təhsil dövlət hesabına həyata keçirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.