CƏMİYYƏT


Məktəbəqədər təhsil müəssisələrində qida təhlükəsizliyi vəziyyəti ilə əlaqədar yoxlamalar aparılacaq

Bakı, 8 iyun, AZƏRTAC

Qida Təhlükəsizliyi Agentliyi böyüməkdə olan nəslin keyfiyyətli və təhlükəsiz qida məhsulları ilə təmin olunması, rasional fizioloji qidalanma və qida təhlükəsizliyi sahəsində mövcud qanunvericiliyin icrasına nəzarət məqsədilə yaxın günlərdə Bakı şəhərində fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrində yoxlamalara başlayacaq.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, məktəbəqədər təhsil müəssisələrində müxtəlif növ yeyinti məhsullarının saxlanılmasına, daşınmasına, realizə olunmasına, markalanmasına və qablaşdırılmasına dair tələblərə əməl olunması, minimum keyfiyyət və təhlükəsizlik göstəriciləri, bu göstəriciləri təsdiq edən müşayiətedici sənədlər, həmçinin ümumilikdə yeyinti məhsullarının saxlandığı sahələrin sanitar-texniki və sanitar-gigiyenik normalara uyğunluq vəziyyəti araşdırılacaq.

Yoxlamaların nəticələri ilə əlaqədar ictimaiyyətə ətraflı məlumat veriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.