ELM VƏ TƏHSİL
Məktəbəqədər təhsil müəssisələrində uşaqların sayı müəyyənləşdirilib
Bakı, 14 avqust, AZƏRTAC
Məktəbəqədər təhsil müəssisələrinə 1 yaşdan 6 yaşadək (6 yaş da daxil olmaqla) uşaqlar qəbul edilirlər. AZƏRTAC xəbər verir ki, bu, Nazirlər Kabinetinin təsdiq etdiyi “Azərbaycan Respublikasında məktəbəqədər təhsilin dövlət standartı”nda əks olunub.
Sənəddə göstərilir ki, məktəbəqədər təhsil müəssisəsində hər bir qrupda uşaqların sayı onların yaşından asılı olaraq aşağıdakı kimi müəyyənləşdirilir:
1 yaşdan 2 yaşadək - 15 uşaq;
2 yaşdan 3 yaşadək - 15 uşaq;
3 yaşdan 4 yaşadək - 20 uşaq;
4 yaşdan 5 yaşadək - 20 uşaq;
5 yaşdan 6 yaşadək - 20 uşaq;
Müxtəlif yaşlı uşaqlar üçün qruplarda:
1 yaşdan 3 yaşadək - 10 uşaq;
3 yaşdan 6 yaşadək - 15 uşaq.