ELM VƏ TƏHSİL


Məktəbəqədər təhsil müəssisələrinə sənəd qəbulu ilə bağlı 27 mindən çox valideyn elektron kabinet yaradıb

Bakı, 29 iyul, AZƏRTAC

Məktəbəqədər təhsil müəssisələrinə elektron sənəd qəbulu sistemi (www.bq.edu.az) vasitəsilə 27 min 257 valideyn (qanuni nümayəndə) elektron kabinet yaradıb, 24 min 748 uşaq isə valideynlər tərəfindən şəxsi kabinetə qəbul edilib.

Bu barədə AZƏRTAC-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Qeyd edək ki, uşaqların məktəbəqədər təhsil müəssisələrinə növbəyə yazılma prosesinə regionlar üzrə mərhələli formada iyulun 22-dən start verilib. İyulun 22-dən Mərkəzi Aran Regional Təhsil İdarəsinin tabeliyində olan şəhər və rayonlar üzrə (Mingəçevir, Ağdaş, Göyçay, Kürdəmir, Ucar, Yevlax, Zərdab) növbəyə yazılanlar 2 min 302 nəfər, iyulun 26-dan Bakı şəhəri üzrə növbəyə yazılanlar isə 10 min 258 nəfər olmaqla ümumilikdə 12 min 560 nəfəri əhatə edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.