İQTİSADİYYAT


“Məktəbim” layihəsi iştirakçılarının ilk qrupunun təlimləri başa çatıb

Bakı, 30 iyul, AZƏRTAC

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə “Məktəbim” layihəsi iştirakçılarının ilk qrupunun təlimləri başa çatıb.

KOBİA-dan AZƏRTAC-a bildirilib ki, Dövlət Məşğulluq Agentliyi və Azərbaycana Birgə Yardım Təşkilatının (UAFA) birlikdə həyata keçirdiyi layihə çərçivəsində agentliyin Bakı KOB İnkişaf Mərkəzi tərəfindən iştirakçılara biznesin təşkili, vergi hesabatlılığı, zamanın idarə edilməsi, ünsiyyət bacarıqları kimi mövzular tədris edilib.

Təlimləri uğurla yekunlaşdırmış iştirakçılar məsləhət xidmətlərindən də faydalanaraq biznes plan tərtib edib və növbəti mərhələyə keçib. Bu mərhələdə iştirakçılara məktəbəqədər təhsil mərkəzinin yaradılması üçün özünüməşğulluq proqramı çərçivəsində dəstək göstəriləcək. Layihənin davamında sahibkarlıq fəaliyyətinə başlayacaq qadın sahibkarlara mütəmadi olaraq təlim və məsləhət xidmətlərinin göstərilməsi nəzərdə tutulur.

Yaxın günlərdə “Məktəbim” layihəsinin növbəti qrupları üçün də yeni təlim və məsləhət xidmətləri təşkil ediləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.