ELM VƏ TƏHSİL


“Məktəbin məzunları olmuş şəhidlərin xatirəsinin əbədiləşdirilməsi və gələcək nəsillərə tanıdılması” layihəsi davam edir

Bakı, 14 oktyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Təhsil Nazirliyinin dəstəyi ilə Şükufə Şirinova tərəfindən icra olunan “Məktəbin məzunları olmuş şəhidlərin xatirəsinin əbədiləşdirilməsi və gələcək nəsillərə tanıdılması” layihəsi çərçivəsində Beyləqan rayonu Orta Əlinəzərli kəndində gənclərin və məktəb kollektivinin iştirakı ilə həmin kənddən olan şəhidlərin xatirəsinin əbədiləşdirilməsi üçün inşa edilən abidədə iməcilik keçirilib.

Bu barədə AZƏRTAC-a layihə rəhbəri məlumat verib.

Tədbirdə Vətən uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Layihə rəhbəri Şükufə Şirinova gənclərə və məktəblilərə öz tövsiyələrini verib. O qeyd edib ki, 44 günlük Vətən müharibəsi tariximizin şanlı səhifəsidir: “Şəhidlik adi ölüm deyil, Vətən, torpaq, böyük amallar uğrunda candan keçmək, özünü şüurlu şəkildə qurban vermək deməkdir. Şəhidlik ömür payını gələcək nəsillərin xoşbəxtliyinə bağışlamaqdır. Vətənin müdafiəsi uğrunda canından, qanından keçən belə qəhrəmanlarımızı, yurdumuzun bütövlüyü üçün canlarından keçməyi özlərinə şərəf bilən igid oğullarımızı hər bir Azərbaycan vətəndaşı tanımalı, onların keçdiyi şərəfli döyüş yolunu bilməlidir. Vətəni qorumaq kimi müqəddəs bir amal uğrunda döyüşə atılan və düşmənə sinə gərən qeyrətli Vətən oğullarını yad etmək, onların adlarını əbədiləşdirmək isə bizim hər birimizin borcudur”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.