ELM VƏ TƏHSİL


Məktəblər arasında keçirilən respublika çempionatının zona yarışları davam edir

Bakı, 8 aprel, AZƏRTAC

Məktəblər arasında respublika çempionatının proqramına uyğun olaraq şahmat idman növü üzrə Salyan rayon Uşaq-Gənclər İdman Şahmat Məktəbində keçirilən zona yarışına yekun vurulub.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, yarışda Astara, Lənkəran, Masallı, Yardımlı, Lerik, Cəlilabad, Biləsuvar, Salyan, Neftçala, Cəbrayıl rayonlarının məktəb komandaları mübarizə aparıb. Yarışın nəticəsi olaraq birinci yerə Biləsuvar rayonu 1 nömrəli, ikinci yerə Yardımlı rayonu 1 nömrəli, üçüncü yerə Neftçala rayonu Xıllı qəsəbə 1 nömrəli tam orta məktəblərin komandaları layiq görülüb.

Daha bir zona yarışı atletika idman növü üzrə Gəncə şəhərinin mərkəzi stadionunda keçirilib. Yarışda Gəncə, Şəmkir, Tovuz, Ağstafa, Qazax, Gədəbəy, Goranboy, Göygöl, Samux, Bərdə, Tərtər, Yevlax, Naftalan, Mingəçevir, Ağdam, Xocalı, Daşkəsən rayonlarının məktəb komandaları mübarizə aparıb. Nəticə olaraq I yeri Bərdə rayonu Xanqaraqoyunlu kənd tam orta məktəbin, II yeri Gəncə İdman Liseyinin, III yeri Goranboy rayonu Nadirkənd tam orta məktəbin komandası tutub.

Qaliblər diplomlarla təltif olunub.

Çempionatın əsasnaməsinə uyğun olaraq zona yarışlarında I və II yeri tutan məktəb komandaları final mərhələsinə vəsiqə qazanıb.

Şahmat idman növü üzrə daha bir zona yarışı “Təhsil” RİM-in 3 nömrəli Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Şahmat Məktəbində start götürüb. Bakının Sabunçu, Suraxanı, Xəzər, Pirallahı, Xətai, Nizami, Nəsimi, Binəqədi, Nərimanov, Qaradağ, Yasamal, Səbail rayonunun, eləcə də Zəngilan rayonunun məktəb komandalarının qatıldığı yarışlara aprelin 11-də yekun vurulacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.