ELM VƏ TƏHSİL
Məktəblər məntiqi biliklərini sınayıblar
Bakı, 1 dekabr, AZƏRTAC
“Məktəblərarası əməkdaşlıq” layihəsi çərçivəsində “Məktəblilərarası məntiq yarışı” təşkil olunub.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən AZƏRTAC-a bildiriblər ki, bilik yarışı məktəblilərin məntiqi biliklərinin, elmə marağının artırılması, xüsusi məntiqi təfəkkürü olan şagirdlərin aşkara çıxarılması və həvəsləndirilməsi məqsədilə keçirilib.
Məntiq yarışında Bakıdakı 85 nömrəli tam orta məktəbi “Zəka”, 140 nömrəli tam orta məktəbi “Zəfər”, 232 nömrəli tam orta məktəbi isə “Uğur” komandası təmsil edib.
Yarışda qalib gələn “Zəka” komandasına kubok, “Zəfər” və “Uğur” komandalarına isə diplomlar təqdim olunub.