ELM VƏ TƏHSİL


Məktəblərdə 20 Yanvar faciəsinin otuz ikinci ildönümü ilə bağlı silsilə tədbirlərin təşkili nəzərdə tutulur

Bakı, 18 yanvar, AZƏRTAC

“20 Yanvar faciəsinin otuz ikinci ildönümü ilə bağlı Tədbirlər Planı”nın təsdiq edilməsi barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əmri imzalanıb.

Bu barədə AZƏRTAC-a Təhsil İdarəsindən məlumat verilib. Bildirilib ki, əmrə əsasən, təhsil müəssisələrində 20 Yanvar faciəsinin otuz ikinci ildönümünə həsr olunan xüsusi dərslər keçiriləcək. Həmçinin təhsil müəssisələrində 20 Yanvar faciəsinin otuz ikinci ildönümü ilə bağlı konfransların, seminarların, mühazirələrin və dəyirmi masaların təşkili nəzərdə tutulur.

Bundan əlavə, təhsil müəssisələrində 20 Yanvar faciəsinin otuz ikinci ildönümünə həsr olunmuş kitab, foto və rəsm sərgiləri, ədəbi-bədii kompozisiyalar nümayiş olunacaq.

Qeyd olunan tədbirlərin keçirilməsi şagirdlərdə Vətənə məhəbbət hissinin daha da möhkəmləndirilməsi, onların Vətənə layiqli övlad kimi yetişdirilməsi və əsl vətəndaş mövqeyinin məktəblilərə aşılanması məqsədlərinə xidmət edir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.