ELM VƏ TƏHSİL


Məktəblərdə “Media savadlılığı” ilə bağlı materiallar nümayiş olunacaq

Bakı, 27 noyabr, AZƏRTAC

2021–2025-ci illərdə “Media savadlılığı” ilə bağlı materiallar onlayn vasitələrlə orta təhsil müəssisələrində nümayiş olunacaq.

AZƏRTAC xəbər verir ki, bu, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı”nda əks olunub.

İşin icrası Milli Televiziya və Radio Şurası və Təhsil Nazirliyi tərəfindən həyata keçiriləcək.

Bundan başqa, Fəaliyyət Planında 2021–2025-ci illərdə təhsil müəssisələrində informasiya-kommunikasiya texnologiyaları əsaslı təlim metodologiyasının tələblərinə uyğun infrastrukturun yaradılması da nəzərdə tutulur.

Təhsil Nazirliyi bu infrastrukturu Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə birgə yaradacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.