ELM VƏ TƏHSİL


Məktəblərdə bufetlər açılmayacaq

Bakı, 27 yanvar, AZƏRTAC

Xüsusi karantin rejimi dövründə ənənəvi tədris mərhələli şəkildə bərpa olunsa da, məktəblərdəki bufetlər açılmayacaq.

AZƏRTAC xəbər verir ki, bunu tədrisin ənənəvi formasının bərpası ilə bağlı onlayn seminarda Təhsil Nazirliyinin Ümumi təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu deyib.

O bildirib ki, Nazirlər Kabinetinin sentyabr ayındakı müvafiq qərarı ilə pandemiyaya görə məktəblərdə bufetlərin fəaliyyəti müvəqqəti dayandırılıb və bu qərar yenə də qüvvədədir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.