ELM VƏ TƏHSİL


Məktəblərdə laborant vəzifəsinə işə qəbul imtahanının vaxtı açıqlanıb

Məktəblərdə laborant vəzifəsinə işə qəbul imtahanının vaxtı açıqlanıb

Bakı, 1 dekabr, AZƏRTAC

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən tabeliyindəki məktəblərdə laborant vəzifəsinə işə qəbul müsabiqəsinin test imtahanı mərhələsi dekabrın 3-ü saat 10:00-da keçiriləcək.

Bu barədə AZƏRTAC-a BŞTİ-dən məlumat verilib. Bildirilib ki, imtahan paytaxtdakı Məktəb-Lisey Kompleksində təşkil olunacaq. İmtahanda namizədlərə informatika üzrə 20, qanunvericilik üzrə 20, məntiq üzrə 10 sual olmaqla, ümumilikdə 50 test tapşırığının cavablandırılması üçün 100 dəqiqə vaxt veriləcək.

Namizədlər imtahana gələrkən şəxsiyyəti təsdiq edən sənədi təqdim etməlidirlər. İmtahana buraxılışın, qeydiyyat və yerləşdirmənin təşkili zərurəti ilə əlaqədar iştirakçılardan təyin edilmiş vaxtdan 30 dəqiqə əvvəl imtahanın keçirildiyi məntəqədə olmaları xahiş olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.