CƏMİYYƏT
Məktəblərdə onlayn təhdidlər və kibergigiyena qaydalarına dair təlimlər təşkil olunub
Bakı, 2 dekabr, AZƏRTAC
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) yanında Elektron Təhlükəsizlik Xidməti “Uşaq hüquqları aylığı” çərçivəsində məktəblilər üçün “Onlayn təhdidlər və kibergigiyena qaydaları” mövzusunda təlimlər keçirib.
RİNN-dən AZƏRTAC-a bildirilib ki, həmin təlimlər “Azərbaycan Respublikasının Uşaqlara dair Strategiyasının həyata keçirilməsi üzrə 2020-2025-ci illər üçün Fəaliyyət Planı”nın 5.4.16-cı bəndində əks olunmuş tədbirlərin icrası məqsədilə təşkil edilib.
Treninqlər Elm və Təhsil Nazirliyinin dəstəyi ilə Binəqədi rayonu 284 nömrəli, Yasamal rayonu 21 nömrəli, Saray qəsəbəsi 3 nömrəli və Xırdalan şəhəri 21 nömrəli orta məktəblərdə keçirilib. Təlimlərə ümumilikdə 4 məktəbdən 8-11-ci siniflərdə təhsil alan 100-dən çox məktəbli cəlb olunub.
Elektron Təhlükəsizlik Xidmətinin əməkdaşı Aysel Hadiyeva məktəblilərə mövcud kibertəhdidlər və internetdən təhlükəsiz istifadəni təmin edən kibergigiyena qaydaları barədə məlumat verib, onları maraqlandıran sualları cavablandırıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [16:44]
Novruz bayramı günlərində yollarda 39 yol-nəqliyyat hadisəsi baş verib
- 28.03.2024 [15:47]
ATU rəhbərliyinə institusional akkreditasiya şəhadətnaməsi təqdim olunub
- 28.03.2024 [15:21]
Daxili işlər naziri Şamaxıda vətəndaş qəbulu keçirib VİDEO
- 28.03.2024 [15:13]
Paytaxt sakininin telefon və çantasını talayan şəxs saxlanılıb VİDEO
- 28.03.2024 [15:06]
Misirin aparıcı media nümayəndələri ilə görüş olub
- 28.03.2024 [14:30]
Fevralda DSMF tərəfindən 26,6 minə yaxın vətəndaş müraciəti cavablandırılıb
- 28.03.2024 [14:28]