CƏMİYYƏT


Məktəblərdə şagirdlərə yanğın təhlükəsizliyi qaydaları barədə məlumat verilib

Bakı, 19 fevral, AZƏRTAC 

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidmətinin Cənub regional Dövlət Yanğın Nəzarəti İdarəsi Lerik şəhər 2 nömrəli tam orta məktəbində, Qarabağ regional Dövlət Yanğın Nəzarəti İdarəsi Biləsuvar rayonundakı Su Kanal İdarəsinin 7 nömrəli su nasos stansiyasında, Şimal regional Dövlət Yanğın Nəzarəti İdarəsi Quba rayon Xucubala kənd tam orta məktəbində, Muğan regional Dövlət Yanğın Nəzarəti İdarəsi Şirvan şəhər 11 nömrəli tam orta məktəbində, Şimal-qərb regional Dövlət Yanğın Nəzarəti İdarəsi isə İsmayıllı şəhər Mədəniyyət Mərkəzində maarifləndirmə tədbirləri keçirib.

FHN-dən AZƏRTAC-a bildiriblər ki, tədbirlərdə “Dəm qazı təhlükəsi”, “Məişətdə yanğın təhlükəsizliyi”, “112” qaynar xətti”nə nə vaxt zəng etməli?”, “Odsöndürənlərdən istifadə qaydası” mövzularında çıxışlar edilib.

Eləcə də həmin müəssisələrdə yanğın təhlükəsizliyi qaydaları haqqında ətraflı məlumat verilib.

Həmçinin ərazinin daim təmiz vəziyyətdə saxlanmasının, normativ sənədlərə uyğun ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməsinin, yanğın zamanı insanların binadan köçürülməsi planlarının hazırlanmasının zəruriliyi vurğulanıb, ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani nümayiş etdirilib.

Tədbirlərdə yanğına qarşı təbliğat işində istifadə olunması üçün “Vətəndaşların nəzərinə”, “Yanğın zamanı davranış qaydaları” mövzularında yaddaş vərəqələri və bukletlər paylanılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.