ELM VƏ TƏHSİL
Məktəblərdə təşkil edilmiş xüsusi siniflərdə səviyyə qiymətləndirmə imtahanları keçirilib
Bakı, 15 noyabr, AZƏRTAC
Bakı şəhərində və 15 rayonda yerləşən 48 ümumi təhsil müəssisəsində təşkil edilmiş xüsusi siniflərdə səviyyə qiymətləndirmə imtahanları keçirilib.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, VII siniflərdə riyaziyyat və informatika, VIII siniflərdə isə fizika, kimya və biologiya fənləri üzrə keçirilən imtahanların məqsədi şagirdlərin bilik səviyyələrini müəyyən etmək, onlar arasında rəqabət mühiti yaratmaq və müvafiq fənlər üzrə təhsil səviyyəsini ölçməkdən ibarətdir.
İmtahanların tədris ili müddətində dörd dəfə təşkil edilməsi planlaşdırılır.
Qeyd edək ki, xüsusi istedada malik uşaqların akademik potensialının inkişafı üzrə bir çox tədbirlər həyata keçirilir. Təhsil nazirinin müvafiq əmrinə əsasən, Bakı şəhərində və 15 rayonda yerləşən 48 məktəbdə təşkil edilən xüsusi siniflərdə 1200-dən çox şagird zənginləşdirilmiş proqram əsasında təhsillərini davam etdirirlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [17:51]
“Türk xalqları ədəbiyyatı” üç cilddə nəşrə hazırlanır
- 28.03.2024 [17:03]
“Azərbaycanda sürüşmə hadisələrinin kataloqu” Moskvada nəşr edilib
- 28.03.2024 [16:20]
Şərqşünas alimin məqaləsi Tehranda çap olunub
- 28.03.2024 [16:05]