CƏMİYYƏT
Məktəblərdə və ictimai müəssisələrdə yanğın təhlükəsizliyi qaydaları ilə bağlı maarifləndirmə tədbirləri keçirilib
Bakı, 17 fevral, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidmətinin Aran regional Dövlət Yanğın Nəzarəti İdarəsi Mingəçevir şəhər Tibb Kollecində, Ağsu Regional Qaz İstismar İdarəsinin Göyçay Xidməti Sahəsində, Gəncə regional Dövlət Yanğın Nəzarəti İdarəsi Gəncə şəhər 42 nömrəli tam orta məktəbində, 1-ci ərazi Dövlət Yanğın Nəzarəti İdarəsi Qobustan şəhər 1 nömrəli tam orta məktəbində, Qarabağ regional Dövlət Yanğın Nəzarəti İdarəsi Ağdam rayon Quzanlı qəsəbəsindəki uşaq və ailələrə dəstək mərkəzində, Bərdə rayon Alaçadırlı kəndindəki Laçın köçkün tam orta məktəbində, Şimal regional Dövlət Yanğın Nəzarəti İdarəsi Xaçmaz rayon Qıraqlı kənd ümumi orta məktəbində maarifləndirmə tədbirləri keçirib.
FHN-dən AZƏRTAC-a bildiriblər ki, tədbirlərdə “Dəm qazı təhlükəsi”, “Məişətdə yanğın təhlükəsizliyi”, “112” qaynar xətti”nə nə vaxt zəng etməli?”, “Odsöndürənlərdən istifadə qaydası” mövzularında çıxışlar edilib. Eləcə də həmin müəssisələrdə yanğın təhlükəsizliyi qaydaları haqqında ətraflı məlumat verilib.
Həmçinin ərazinin daim təmiz vəziyyətdə saxlanmasının, normativ sənədlərə uyğun ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməsinin, yanğın zamanı insanların binadan köçürülməsi planlarının hazırlanmasının zəruriliyi vurğulanıb, ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani nümayiş etdirilib.
Tədbirlərdə yanğına qarşı təbliğat işində istifadə olunması üçün “Vətəndaşların nəzərinə”, “Yanğın zamanı davranış qaydaları” mövzularında yaddaş vərəqələri və bukletlər paylanılıb.