ELM VƏ TƏHSİL


Məktəblərə direktorların işə qəbulu müsabiqəsinin esse mərhələsində 1000-dən çox namizəd iştirak edəcək

Bakı, 24 sentyabr, AZƏRTAC

Oktyabrın 1-də Bakı və Sumqayıt şəhərlərində şagird sayı 500-dən çox olan ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu üzrə müsabiqənin esse mərhələsi keçiriləcək.

Elm və Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, bu barədə məlumat tezliklə namizədlərin şəxsi səhifələrinə göndəriləcək.

Esse mərhələsində 1022 namizədin iştirakı nəzərdə tutulur. Mümkün 10 balın yarısını toplamış namizədlər müsahibə mərhələsində iştirak hüququ qazanacaqlar.

Namizədlər qiymətləndirmə meyarları ilə linkdə tanış ola bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.