ELM VƏ TƏHSİL


Məktəblərə işə qəbul müsabiqəsinin test imtahanının nəticələri açıqlanıb

Məktəblərə işə qəbul müsabiqəsinin test imtahanının nəticələri açıqlanıb

Bakı, 29 dekabr, AZƏRTAC

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində kitabxanaçı (kitabxana müdiri), uşaq birliyi təşkilatı rəhbəri və psixoloq vəzifələrinə işə qəbul müsabiqəsinin test imtahanının nəticələri bəlli olub. BŞTİ tərəfindən keçirilən test imtahanının nəticələri namizədlərin qeydiyyatdan keçdikləri mobil nömrələrinə göndərilib.

Bu barədə AZƏRTAC-a BŞTİ-dən məlumat verilib. Bildirilib ki, test mərhələsinin nəticəsinə əsasən, 178 nəfər uğur qazanıb və 30 nəfər ehtiyat kadr siyahısına əlavə olunub.

Psixoloq vəzifəsinə işə qəbul müsabiqəsinin test imtahanı mərhələsində keçid balını toplamış namizədlər müsahibə mərhələsində iştirak etmək hüququ qazanıb.

Kitabxanaçı (kitabxana müdiri), uşaq birliyi təşkilatı rəhbəri vəzifələrinə işə qəbul üzrə test imtahanından uğurla keçən namizədlər isə müvafiq vəzifə üzrə təyinat alacaqlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.