ELM VƏ TƏHSİL


Məktəblərə metodik xidmətin göstərilməsi istiqamətində işlər davam etdirilir

Bakı, 18 mart, AZƏRTAC

Təhsil İnstitutunun Metodik Dəstək və Peşəkar İnkişaf Mərkəzi məktəblərə metodik xidmətin göstərilməsi istiqamətində işləri davam etdirir.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, bu məqsədlə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan daha 10 məktəbə (91, 111, 159, 162, 238, 242, 260, 265, 270 və 284 nömrəli) Məktəbin İnkişaf Planının (MİP) yazılması və tətbiqi ilə bağlı metodik dəstək göstərilməsinə başlanılıb.

MİP-in yazılmasına dair bir neçə məktəbin idarəetmə heyəti ilə görüşlər keçirilib. Görüşlərdə Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən keçirilmiş inspeksiyanın hesabatları müzakirə olunub və məktəbin inkişafı üçün görülə biləcək tədbirlər haqqında fikir mübadiləsi aparılıb. Metodik Dəstək və Peşəkar İnkişaf Mərkəzinin əməkdaşları məktəbin inkişafı üçün irəli sürülmüş təklifləri dinləyib, ötənilki təcrübələri bölüşüblər. Daha sonra pedaqoji heyəti maraqlandıran suallar cavablandırılıb.

Eyni zamanda, inkişaf planının yazılması istiqamətində məktəblərin MİP komandalarına tövsiyələr verilib.

Qeyd edək ki, MİP 3 tədris ili müddətində məktəbin inkişafına xidmət edən strateji planlamadır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.