ELM VƏ TƏHSİL


Məktəblərin dam örtüklərində yaranmış fəsadlar aradan qaldırılır

Bakı, 9 mart, AZƏRTAC

Güclü külək nəticəsində paytaxtdakı 278 və 319 nömrəli tam orta məktəblərin dam örtüklərində yaranmış fəsadlar aradan qaldırılır. Hər iki məktəbin dam örtüyündə təmir, bərpa və gücəndirmə işlərinə başlanılıb.

Bu barədə AZƏRTAC-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib. Bildirilib ki, tədrisə mane olmamaq və kontingentin təhlükəsizliyini təmin etmək məqsədilə müvafiq təhlükəsizlik tədbirləri görülüb. Belə ki, təmir işləri aparılan hissədə uyğun məsafədə hərəkətin məhdudlaşdırılması məqsədilə xüsusi lentlər çəkilib, müvafiq nəzarət tədbirləri gücləndirilib.

Həmçinin həyətində ağacların aşması və xüsusi konstruksiyaların zədələnməsi halları müşahidə olunan məktəblərdə küləyin törətdiyi fəsadlar aradan qaldırılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.