ELM VƏ TƏHSİL


Məktəblilər Aprel döyüşləri ilə bağlı məlumatlandırılıblar

Bakı, 5 aprel, AZƏRTAC

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki təhsil müəssisələrində şagirdlər Aprel zəfərinin beşinci ildönümü ilə əlaqədar məlumatlandırılıb.

Bu barədə AZƏRTAC-a Təhsil İdarəsindən məlumat verilib. Bildirilib ki, bununla bağlı ötən həftə ərzində onlayn və ənənəvi müzakirələr təşkil olunub. Tədbirlərdə qeyd olunub ki, 2016-cı ilin aprel ayında Azərbaycan tarixinə Aprel döyüşləri kimi daxil olan dördgünlük müharibə xalqımızı böyük zəfərə aparan yolda əldə olunmuş çox əhəmiyyətli qalibiyyət kimi tarixə düşüb. Ermənistan silahlı birləşmələri tərəfindən atəşkəsin pozulması zamanı dinc əhalinin intensiv atəşə tutulması, Azərbaycan Ordusu tərəfindən düşmən təxribatının qarşısının qəhrəmanlıqla alınması barədə şagirdlərə geniş məlumat verilib.

Qeyd olunub ki, Aprel döyüşlərində Azərbaycan Ordusu düşmənə öz gücünü göstərib. Bunun nəticəsidir ki, 2020-ci ilin sentyabrın 27-də rəşadətli Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın erməni işğalından azad olunması uğrunda döyüşlərə başlayıb. 44 gün davam edən döyüşlər zamanı işğal altındakı torpaqlarımız azad edilib.

Ötən həftə Aprel döyüşləri ilə əlaqədar təhsil müəssisələrində divar qəzetləri, stendlər və guşələr, bülletenlər hazırlanıb, şagirdlərin əl işlərindən ibarət sərgilər keçirilib.

Şagirdlər Aprel hadisələrinə həsr edilmiş şeirlər, mahnılar söyləyib, ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər. Bundan əlavə Aprel döyüşlərində Milli Ordumuzun əks-hücumu zamanı əsgərlərimizin göstərdikləri şücaətlərdən bəhs olunan videoçarx da nümayiş etdirilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.