ELM VƏ TƏHSİL


Məktəblilər Aşqarlar Kimyası İnstitutunda tədqiqat aparıblar

Bakı, 13 fevral, AZƏRTAC

“Sabahın alimləri” IX Respublika Müsabiqəsinə “Tibb və sağlamlıq” bölməsi üzrə qoşulan Mingəçevir şəhər 16 nömrəli orta məktəbin şagirdləri Raya Həsənli və Sevil Əsgərlinin elmi rəhbərləri Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Aşqarlar Kimyası İnstitutunun əməkdaşlarıdır. Müsabiqəyə “Acı badamdan müalicəvi badam yağının alınması” layihəsi ilə qatılan şagirdlər elmi rəhbərlərinin - Aşqarlar Kimyası İnstitutunun laboratoriya müdiri, kimya elmləri doktoru Əfsun Sucayev, elmi işçi Mirəli İsakovun rəhbərliyi altında laboratoriya şəraitində yağın alınma texnologiyasını öyrəniblər.

Kimya elmləri doktoru Əfsun Sucayev AZƏRTAC-a müsahibəsində bildirib ki, bitkinin müalicə əhəmiyyətini genişləndirmək və ölkə səviyyəsinə qaldırmaq istiqamətində acı badam yağının alınması üçün laboratoriya şəraitində təcrübi-istehsal qurğusunun layihələndirilməsi və onun əsasında ilkin olaraq gündəlik 1kq məhsuldarlığı olan qurğunun inşa edilməsi məqsədəuyğun hesab edilir. Sonrakı mərhələdə istehsalın həcmini artırmaqla daxili tələbatın tam yerli istehsal hesabına ödənilməsi mümkün ola bilər. Bunun üçün AMEA-nın Yüksək Texnologiyalar Parkı ilə əməkdaşlıq da nəzərdə tutulur.

Layihənin müəllifi Raya Həsənlinin sözlərinə görə, məqsədləri ölkəmizdə yabanı bitən acı badam meyvəsindən min dərdin dərmanı olan müalicəvi badam yağının alınması texnologiyasının hazırlamaqdır.

“Əksər iqtisadi rayonlarda geniş torpaq sahələrində yabanı şəraitdə bitən və kənara atılan acı badam orqanizmi müxtəlif xəstəliklərdən qoruyan C, B, K və E vitaminlərinin zəngin deposu hesab olunur. Ondan alınan yağ immuniteti gücləndirir, qan təzyiqini normada saxlayır, qan dövranına müsbət təsir edir, yaddaşı gücləndirir, sinir sisteminə yaxşı təsir göstərir. Bu yağ xolesterol səviyyəsini normada saxlayır. Həzmi asanlaşdırır. Badam yağı ürəyin sağlamlığı üçün də xeyirlidir. Laboratoriya şəraitində bu yağla bağlı geniş tədqiqatlar aparmışıq. Alınan nəticələr təsdiq edir ki, acı badamdan alınan yağ geniş funksional keyfiyyət göstəricilərinə malikdir”, - deyə Raya Həsənli qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.