ELM VƏ TƏHSİL
Məktəblilər AzTU-nun Milli Qəhrəmanlar və Şəhidlər Muzeyini ziyarət ediblər
Bakı, 15 may, AZƏRTAC
Bakının Xətai rayonunda yerləşən Zəngilan rayonu 7 nömrəli tam orta məktəbin şagirdləri Azərbaycan Texniki Universitetinin (AzTU) Milli Qəhrəmanlar və Şəhidlər Muzeyini ziyarət ediblər.
AzTU-dan AZƏRTAC-a bildirilib ki, məktəblilər Zəngilan rayonu 7 nömrəli tam orta məktəbin və universitetin məzunu, aprel şəhidi Müşfiq Orucovun və digər şəhidlərin xatirə lövhəsi, onlara aid eksponatlarla tanış olublar.
Muzeydə məktəblilərə Vətən uğrunda canlarından keçən şəhidlərimizin tələbəlik həyatı, onların hər kəsə nümunə ola biləcək davranışları, xarakterləri barədə məlumat verilib.
Görüş zamanı AzTU-nun əməkdaşı Zöhrə Məmmədova şagirdlərə müəllifi olduğu “Əbədiyyətə qovuşanlar” kitabını hədiyyə edib.