Məktəblilər Azərbaycan Dillər Universitetində ekskursiyada olublar
AzerTAg.az
Bakı, 24 may, AZƏRTAC
Bakı şəhəri 44 və 82 saylı orta məktəblərin şagirdləri Azərbaycan Dillər Universitetində (ADU) ekskursiyada olublar.
ADU-dan AZƏRTAC-a bildirilib ki, şagirdlər Heydər Əliyev Lektoriyasında rektor Kamal Abdulla ilə görüşüblər. Şagirdlərə məlumat verilib ki, Azərbaycan Dillər Universitetində 20-dən artıq xarici dil tədris olunur. Universitetin zəngin kitabxanası var, tələbələrin elektron resurslardan istifadəsi üçün əlverişli şərait mövcuddur.
Görüşdə müəllim-tələbə mübadiləsindən danışılıb. Şagirdlər universitetin müxtəlif qurumlarında, o cümlədən Multikulturalizm Mərkəzi, Rusiyaşünaslıq Mərkəzi, Bakı Amerika Mərkəzi, Konfutsi İnstitutu və Avstriya kitabxanasında olublar.





Xəbərin mətnində orfoqrafik səhv var