ELM VƏ TƏHSİL


Məktəblilər Azərbaycan musiqi sənətinin tarixi barədə məlumatlandırılıb

Bakı, 19 sentyabr, AZƏRTAC 

Ümumtəhsil müəssisələrində Milli Musiqi Günü ilə bağlı tədbirlər keçirilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən AZƏRTAC-a bildirilib ki, tədbirlərin keçirilməsində əsas məqsəd şagirdlərə Azərbaycan musiqisinin tarixi, həmçinin dahi bəstəkar Üzeyir Hacıbəyli haqqında geniş məlumat vermək, onların musiqiyə olan marağını daha da artırmaqdan ibarətdir.

Tədbirlər musiqisi Üzeyir Hacıbəylinin olduğu dövlət himninin səsləndirilməsi ilə başlanıb.

Məktəblilərə ulu öndər Heydər Əliyevin Fərmanı ilə 1995-ci il sentyabrın 18-nin - Azərbaycan peşəkar musiqi sənətinin banisi Üzeyir Hacıbəylinin ad gününün ölkədə Milli Musiqi Günü kimi qeyd edildiyi barədə məlumat verilib. Azərbaycanın musiqi tarixində dahi bəstəkarın misilsiz xidmətləri olduğu, milli musiqimizi dünya səviyyəsinə yüksəltdiyi bir daha diqqətə çatdırılıb.

Həmçinin Üzeyir Hacıbəylinin həyat və yaradıcılığından bəhs edən videoçarx nümayiş olunub, bəstəkarın əsərlərindən ibarət musiqi parçaları səsləndirilib.

Tədbirlərdə, eyni zamanda, məktəblilər rəngarəng musiqi nömrələri ilə çıxış ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.