ELM VƏ TƏHSİL


Məktəblilər Dövlət Müstəqilliyi Günü ilə bağlı məlumatlandırılıb

Bakı, 16 oktyabr, AZƏRTAC

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində şagirdlər 18 oktyabr - Azərbaycanın Dövlət Müstəqilliyi Günü barədə məlumatlandırılıb.

Bu barədə AZƏRTAC-a Təhsil İdarəsindən məlumat verilib. Bildirilib ki, 29 il əvvəl oktyabrın 18-də Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edilib və bu sənəd tariximizin ən şanlı səhifəsi kimi öz layiqli yerini tutub. Ulu öndər Heydər Əliyevin Azərbaycan tarixində əvəzsiz xidmətləri, onun Azərbaycana hakimiyyətə qayıtması ilə ölkənin bütün çətinliklərdən xilas olması barədə məlumatlar bir daha şagirdlərin diqqətinə çatdırılıb. Müstəqilliyimizin Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da möhkəmləndirilməsi və onun əbədiliyinin təmin edilməsi haqqında diskussiyalar təşkil olunub.

Həmçinin şagirdlər “18 oktyabr - Azərbaycanın Dövlət Müstəqilliyi Günüdür!”, “Yaşa Azərbaycan!”, “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi əbədidir!”, “Müstəqilliyimiz milli sərvətimizdir!”, “Vətən mənim bu günüm...” kimi şüarlar səsləndiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.