SİYASƏT


Məktəblilər Hərbi Dəniz Qüvvələrinin bazasına ekskursiya ediblər

Bakı, 2 noyabr, AZƏRTAC

Bakı şəhəri 2 saylı texniki humanitar elmlər liseyinin şagirdləri Hərbi Dəniz Qüvvələrinin bazasına ekskursiya ediblər.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, burada şagirdlərə hərbi gəmilərin təyinatı, taktiki-texniki xassələri, döyüş qabiliyyəti, şəxsi heyətin xidməti, sosial-məişət şəraiti haqqında məlumat verilib, onları maraqlandıran suallar zabit və miçmanlar tərəfindən cavablandırılıb.

Şagirdlər şəxsi heyət qarşısında vətənpərvərlik şeirləri və mahnılarından ibarət konsert proqramı ilə çıxış ediblər.

Sonda xatirə fotosu çəkdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.