MƏDƏNİYYƏT


Məktəblilər Respublika Uşaq Kitabxanasına ekskursiya ediblər

Bakı, 13 fevral, AZƏRTAC

Fevralın 13-də, Nəsimi rayonu 164 nömrəli tam orta məktəbin şagirdləri F.Köçərli adına Respublika Uşaq Kitabxanasına ekskursiya ediblər.

AZƏRTAC xəbər verir ki, uşaqlara kitabxanada təşkil olunmuş kitab sərgiləri və elektron kitabxana ilə bağlı məlumat verilib.

Məktəblilər müəssisənin bütün şöbələrində olub, kitabların oxuculara verilməsi qaydası ilə bağlı informasiya əldə ediblər.

Sonra uşaqlar nağıl otağında Azərbaycan nağıllarını dinləyib, onları müzakirə ediblər.

Kiçik oxu zalında danışan, səsli, gözdən əlillər üçün çap olunmuş brayl şriftli kitablar, disk və pazllarla tanış olublar.

Məktəblilər kitabxanadan xoş təəssüratla ayrılıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.