ELM VƏ TƏHSİL
Məktəblilər Xocalı qurbanlarının xatirəsini yad ediblər
Bakı, 26 fevral, AZƏRTAC
Fevralın 26-da təhsil müəssisələrində ilk dərslər Xocalı soyqırımına həsr edilib.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, Təhsil Nazirliyinin “Xocalı soyqırımının 28-ci ildönümünün keçirilməsi ilə əlaqədar tədbirlər planı”na əsasən tədris olunan dərslərdə Xocalı qurbanlarının xatirəsi anılıb, şagirdlərə XX əsrin dəhşətli hadisəsi olan Xocalı soyqırımı haqqında ətraflı məlumat verilib, onlara Vətənə, doğma torpağa məhəbbət hissləri aşılanıb.
Tədbirlər planına uyğun olaraq, təhsil müəssisələrində Xocalı soyqırımına həsr olunmuş xatirə gecələri, foto və rəsm sərgiləri, şahidlərlə görüşlər keçirilib, sənədli və bədii filmlər nümayiş olunub.
Təhsil müəssisələrinin müəllim və şagird kollektivi Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış “Ana fəryadı” abidəsini ziyarət ediblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [18:04]
“Məhəmməd Füzuli və Şərq folkloru” - elmi konfrans
- 19.04.2024 [17:43]
“Sabahın alimləri” XIII respublika müsabiqəsinin bağlanış mərasimi keçirilib
- 19.04.2024 [17:33]
Rəsədxanada ustad dərsi: Günəş sisteminin kiçik göy cisimləri, kometalar
- 19.04.2024 [17:27]
BDU-da Beynəlxalq Yer Günü münasibətilə çiçəkəkmə aksiyası
- 19.04.2024 [17:25]
Elm və təhsil naziri Samuxda vətəndaşları qəbul edib
- 19.04.2024 [16:53]