MƏDƏNİYYƏT


Məktəblilər arasında “Ulu Öndərin izləri ilə” adlı inşa yazı müsabiqəsi

Məktəblilər arasında “Ulu Öndərin izləri ilə” adlı inşa yazı müsabiqəsi

Bakı, 2 fevral, AZƏRTAC

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Qaradağ rayon Heydər Əliyev Mərkəzində rayon məktəbliləri arasında “Ulu Öndərin izləri ilə” adlı inşa yazı müsabiqəsi keçirilib. Müsabiqə “Heydər Əliyev İli”nə həsr edilib.

Baş İdarədən AZƏRTAC-a verilən məlumata görə, əvvəlcə Vətən uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra məktəblilərə, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Ümummilli Lider Heydər Əliyevin həyatı, zəngin irsi haqqında geniş məlumat verilib.

Münsiflər heyətinin qiymətləndirməsinə əsasən müsabiqədə Fatimə Rüstəmzadə (180 nömrəli tam orta məktəb) və Şəbnəm Sadıqova (288 nömrəli tam orta məktəb) I yerə, Aytac Bünyadova (180 nömrəli tam orta məktəb) və Yetər Vəliyeva (166 nömrəli tam orta məktəb) II yerə, Ləman Səfərzadə (106 nömrəli tam orta məktəb), Mədinə Məmmədova (166 nömrəli tam orta məktəb) və Ləman Baxşəliyeva (139 nömrəli tam orta məktəb) III yerə layiq görülüblər.

Sonda iştirakçılara diplom və hədiyyələr təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.