İDMAN


Məktəblilər arasında həndbol üzrə turnir başa çatıb

Bakı, 10 may, AZƏRTAC

Səbail rayon məktəbliləri arasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunan həndbol turnirinə yekun vurulub.

AZƏRTAC Azərbaycan Həndbol Federasiyasının saytına istinadla xəbər verir ki, “ABU Arena”da keçirilən yarışda rayonun 10 təhsil ocağının komandası mübarizə aparıb.

İki gün davam edən turnirin finalında 160 nömrəli klassik gimnaziya və 236 nömrəli orta məktəbin şagirdləri bacarıqlarını göstəriblər.

Daha yaxşı oyun nümayiş etdirən gimnaziyaçılar 10:2 hesablı qələbə ilə turnirin qalibi adını qazanıblar. Üçüncü yer uğrunda görüşdə isə 49 nömrəli İntellekt liseyin komandası 51 nömrəli orta məktəbin şagirdlərinə 2:1 hesabı ilə qalib gəlib. Fərqlənən komandaların üzvlərinə diplom, medal və hədiyyələr təqdim olunub.

Mükafatlandırma mərasimində Azərbaycan Həndbol Federasiyasının vitse-prezidenti Orxan Abbasov yeniyetmələrdə həndbola marağın artırılması, kütləviliyin təmin olunması baxımından bu cür turnirlərin əhəmiyyətini yüksək qiymətləndirib.

Qeyd olunub ki, yarış Azərbaycan Həndbol Federasiyası və Səbail Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə keçirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.