ELM VƏ TƏHSİL


Məktəblilər arasında keçirilən “Ramiz Rövşən mükafatı” müsabiqəsinin nəticələri açıqlanıb

Bakı, 29 mart, AZƏRTAC

“TEAS Press” nəşriyyat evi və “LIBRAFF” kitab mağazaları şəbəkəsinin ötən il dekabrın 15-də elan etdiyi “Ramiz Rövşən mükafatı” müsabiqəsinin nəticələri elan olunub.

Nəşriyyat evindən AZƏRTAC-a bildirilib ki, bununla əlaqədar martın 29-da “LIBRAFF”ın “Park Akademiya” filialında qaliblərin mükafatlandırılması mərasimi keçirilib.

Müsabiqənin şərtlərinə görə, hər bir müraciətçi Ramiz Rövşənin müəllifi olduğu şeirlərdən birini ifa edərək video formatında göndərməli və bu zaman müsabiqənin müəyyən edilmiş şərtlərini əhatə etməli idi. Onlayn müsabiqə 3 qrup səviyyəsi (I-IV, V-VIII və IX-XI siniflər) üzrə keçirilib. Müvafiq olaraq hər qrup arasından 1 qalib seçilib. Müsabiqənin qaliblərinə mükafatları Xalq şairi Ramiz Rövşən təqdim edib.

Hər bir qalibə bu müsabiqə üçün xüsusi dizayn edilmiş “Ramiz Rövşən mükafatı”, “LIBRAFF”dan 200 manatlıq hədiyyə kartı, diplom və Xalq şairinin kitablarından ibarət hədiyyə dəsti təqdim olunub. Bundan başqa, müsabiqənin münsiflər heyəti tərəfindən seçilən bir neçə nəfər istedadlı qiraətçiyə də həvəsləndirici mükafatlar verilib.

Qeyd edək ki, müsabiqənin məktəblilər arasında keçirilməsində məqsəd gənc nəsildə poeziyaya sevgi aşılamaq, onların qiraət qabiliyyətlərini inkişaf etdirmək olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.