REGİONLAR
Məktəblilər arasında qaçış yarışının qalibləri mükafatlandırılıb
Bərdə, 4 mart, AZƏRTAC
Bərdə şəhərindəki Heydər Əliyev adına istirahət parkında 5 mart - Bədən Tərbiyəsi və İdman Günü münasibətilə ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri arasında 100 metr məsafəyə qaçış yarışı keçirilib.
AZƏRTAC xəbər verir ki, rayon gənclər və idman idarəsinin və təhsil şöbəsinin birgə təşkilatçılığı ilə keçirilən yarışda 10 ümumi təhsil məktəbindən 20 qız və 20 oğlan iştirak edib.
Tədbirdə çıxış edənlər iştirakçıları 5 mart - Bədən Tərbiyəsi və İdman Günü münasibətilə təbrik edib, ölkəmizdə idmanın inkişafından, idmana və idmançılara göstərilən diqqət və qayğıdan danışıblar.
Yarışın sonunda qaliblərə diplomlar təqdim olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [18:23]
Naxçıvanda saxta zeytun yağları satış dövriyyəsindən kənarlaşdırılıb
- 28.03.2024 [15:46]
Lənkəranda baş verən qəzada 3 nəfər xəsarət alıb
- 28.03.2024 [11:44]
Qusar Dövlət Ləzgi Dram Teatrı paytaxt tamaşaçıları qarşısında çıxış edib
- 28.03.2024 [10:49]
Naxçıvanda yolda qaya uçqunu baş verib
- 28.03.2024 [10:25]
Daxili İşlər Nazirliyi Lənkərandakı qəza ilə bağlı məlumat yayıb – YENİLƏNİB
- 28.03.2024 [10:10]