İDMAN


Məktəblilər arasında şahmat üzrə Azərbaycan çempionatı başa çatıb

Bakı, 12 dekabr, AZƏRTAC

“Təhsil” Respublika İdman Mərkəzinin təşkilatçılığı ilə məktəblilər arasında keçirilən şahmat üzrə Azərbaycan çempionatına yekun vurulub.

AZƏRTAC xəbər verir ki, altı yaş kateqoriyası üzrə təşkil edilən birincilikdə respublikanın müxtəlif şəhər və rayonlarından 136 şahmatçı mübarizə aparıb.

Oğlanların yarışında Ümid Allahverdi (6 yaş, Sumqayıt), Yusif Kərimli ( 8 yaş, Şəki), Əli Süleymanov (10 yaş, Bakı), Ümid Aslanov (12 yaş, Bakı), Uğur İlyaslı (14 yaş, Sumqayıt), Xəzər Babazadə (16 yaş, Bakı) qalib olublar. Qızların yarışında isə Nuray Məmmədli (6 yaş, Lənkəran), Xanım İsmayılova (8 yaş, Bakı), Aysel Rəhimova (10 yaş, Quba), Aytac Kərimli (12 yaş, Sumqayıt), Səbinə Rzalı (14 yaş, Sumqayıt), Raya Əhmədova (16 yaş, Ucar) birinci yeri tutublar.

Çempionatın mükafatçıları gələn il məktəblilər arasında dünya və Avropa çempionatlarında iştirak hüququ qazanıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.