ELM VƏ TƏHSİL
Məktəblilər arasında tarix fənni üzrə bilik yarışı təşkil olunub
Bakı, 20 fevral, AZƏRTAC
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumtəhsil müəssisələrində təhsil alan şagirdlər arasında tarix fənni üzrə bilik yarışı keçirilib.
BŞTİ-dən AZƏRTAC-a bildirilib ki, “Tariximizə nəzər salaq” adlı bilik yarışı “Məktəblinin dostu” layihəsinin əməkdaşları tərəfindən təşkil olunub.
İki mərhələdən ibarət yarışda 59, 76, 270, 280 və 317 nömrəli tam orta məktəblərin komandaları iştirak ediblər.
Yarışın nəticələrinə əsasən 280 nömrəli tam orta məktəb I, 76 nömrəli tam orta məktəb II, 59 nömrəli tam orta məktəb isə III yerə layiq görülüb.
Qaliblər diplomlarla təltif olunublar.
Qeyd edək ki, bilik yarışının keçirilməsində məqsəd şagirdlərin tarix fənninə olan marağını artırmaq, onların intellektual səviyyəsini yüksəltmək, istedadlarının inkişaf etdirilməsi işini səmərəli təşkil etməkdən ibarətdir.