ELM VƏ TƏHSİL


Məktəblilər arasında yayılmış oyun Türkiyədə də təşviş yaradıb

İstanbul, 12 mart, AZƏRTAC

Bütün dünyada yayılan və yeniyetmələr arasında intiharlara səbəb olan “Momo Challange” oyunu Türkiyədə də təşviş yaradıb. Bu səbəbdən Türkiyənin Ailə, Əmək və Sosial Xidmətlər Nazirliyinin Uşaq Xidmətləri Baş Müdirliyi tərəfindən ölkənin İnformasiya Texnologiyaları və Rabitə İdarəsindən oyunun ölkədə yayılmasının qarşısının alınması tələb edilib.

AZƏRTAC xəbər verir ki, yetkinlik yaşına çatmayanlar arasında geniş yayılmış bu oyunun qaydalarına uyğun olaraq oyunçu özünə xəsarət yetirir və hətta intihar edir. Bu səbəbdən Türkiyə məktəblərində oyunun yayılmasının qarşısının alınması və internetdən düzgün istifadə qaydaları ilə bağlı təlimlər keçirilir.

Oyun sosial şəbəkə üzərindən dəvətlə yayılır. Dəvəti qəbul edənlərin telefonuna bir müddət sonra narahatlıq yaradan, qorxu və şiddəti özündə əks etdirən mesajlar və videogörüntülər gəlməyə başlayır ki, bu da azyaşlıların psixoloji vəziyyətinə mənfi təsir göstərir.

Qeyd edək ki, oyunun qəhrəmanı Yaponiyada bir muzeydə sərgilənən quş-qadın heykəli obrazını özündə əks etdirir.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.