ELM VƏ TƏHSİL


Məktəblilər fövqəladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydaları barədə məlumatlandırılıb

Bakı, 11 oktyabr, AZƏRTAC

Quba rayonu Qam-Qam kənd tam orta məktəbində “Fövqəladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirilib.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, tədbir bu qurumun dəstəyi ilə Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzi tərəfindən təşkil edilib.

Tədbir zamanı məktəbin müəllim və şagirdlərinə “İnzibati binalar üçün yanğın təhlükəsizliyi qaydaları”, “Dəm qazı təhlükəsi”, “Məişətdə yanğın təhlükəsizliyi”, “112” qaynar xətti”nə nə vaxt zəng etməli?”, “Odsöndürənlərdən istifadə qaydası” mövzularında, həmçinin yanğın təhlükəsizliyi qaydaları haqqında ətraflı məlumat verilib. Eyni zamanda, ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib, yanğına qarşı təbliğat işində istifadə olunması üçün iştirakçılara “Vətəndaşların nəzərinə”, “Yanğın zamanı davranış qaydaları” mövzularında yaddaş vərəqələri və bukletlər paylanılıb.

Sonra mövzularla bağlı fotoslayd və videoçarx nümayiş olunub, suallar cavablandırılıb.

Qeyd edək ki, tədbirin keçirilməsində əsas məqsəd şagirdlərə həyat fəaliyyəti təhlükəsizliyinə dair biliklər aşılamaq olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.