CƏMİYYƏT


Məktəblilər hökuməti daş kömür istifadəsindən imtina etməyə məcbur edəcəklər

Berlin, 20 sentyabr, AZƏRTAC

Almaniya hökuməti məktəblilərin bu günə planlaşdırdığı “Gələcək naminə cümələr” şüarı altında kütləvi nümayişləri fonunda atmosferə karbon qazı tullantılarının azaldılması məsələsinə baxmağa və bu istiqamətdə genişmiqyaslı proqram qəbul etməyə hazırlaşır.

AZƏRTAC xəbər verir ki, gündəlikdəki tədbirlər paketinin bir bəndi daş kömürdən istifadədən imtina edilməsi olacaq.

Aİ üzvü olan bir neçə ölkə son illərdə energetika sektorunda daş kömürdən istifadədən imtina edilməsi barədə qərar qəbul edib. Bu qərarlar ekoloji mülahizələrə əsaslanır. Məsələn, “Dumanlı Albion”da kömürlə işləyən 7 elektrik stansiyası 2022-ci ildə fəaliyyətini dayandıracaq, 2025-ci ilə qədər bu ölkədə (eləcə də İtaliyada) kömürlə işləyən bircə stansiyada da qalmayacaq. 2023-cü ildə Fransada, 2025-ci ildə Avstriyada, 2029-cu ildə Finlandiyada, 2030-cu ildə isə Hollandiyada daş kömürdən istifadəyə son qoyulacaq.

Xatırladaq ki, daş kömür qazıntı şəklində enerji daşıyıcılarının ən qeyri-ekoloji növüdür.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.