ELM VƏ TƏHSİL
Məktəblilər təhlükəsizliklə bağlı maarifləndirilirlər
Bakı, 12 fevral, AZƏRTAC
Paytaxt məktəblərində fövqəladə hallar zamanı istifadə olunan təhlükəsizlik avadanlığına baxış və məktəblilər üçün təlim keçirilir.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) AZƏRTAC-a bildiriblər ki, təlim prosesində məktəblilər bütün növ təhlükəsizlik avadanlığı ilə tanış olur və onların funksionallığını nəzərdən keçirirlər. “Məktəblinin dostu” layihəsinin əməkdaşları tərəfindən reallaşdırılan təlimin əsas məqsədi şagirdlərin fövqəladə vəziyyətlərə hazırlığını yoxlanmaq, təxliyyə planlarına nəzər salmaq, eləcə də müvafiq təhlükəsizlik tədbirlərinə və hadisələrə qarşı məktəbliləri psixoloji cəhətdən hazırlamaqdır.
Qeyd edək ki, təlimlər Binəqədi rayonu üzrə 3, Qaradağ rayonu üzrə 139 və 166, Nəsimi rayonu üzrə 5, Nizami rayonu üzrə 12 və 61, Sabunçu rayonu üzrə 72, Xətai rayonu üzrə 63 və 95, Nərimanov rayonu üzrə 45, Yasamal rayonu üzrə 158 nömrəli tam orta məktəblərdə keçirilib.