ELM VƏ TƏHSİL


Məktəblilər üçün müsabiqə: “Mikroorqanizmlər uşaqların gözü ilə”

Bakı, 6 may, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mikrobiologiya İnstitutu “ELM” TV ilə birgə məktəblilər arasında “Mikroorqanizmlər uşaqların gözü ilə” mövzusunda müsabiqə elan edir. Müsabiqə 28 May - Respublika Günü münasibətilə təşkil olunur.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, məktəblilər müsabiqədə bakteriya və göbələklərin (makroskopik və ya mikroskopik) vizual görüntüsü, zərərli və faydalı tərəfləri, təbiətdəki rolu və s. xüsusiyyətləri haqqında hazırladıqları əl işləri (rəsm, tikiş, maket, ağac döyməsi və s.) ilə iştirak edə bilərlər. Müsabiqəyə təqdim olunan əl işləri mayın 25-dək qəbul edilir. Əl işləri münsiflər heyəti tərəfindən qiymətləndiriləcək. Münsiflər heyətinin qərarına əsasən I yerin qalibinə və müəllimə (biologiya, rəsm və ya texnologiya müəllimi) diplom və pul mükafatı, II və III yerləri tutan şagirdlərə diplom və pul mükafatı, bir nəfərə həvəsləndirici diplom, əl işləri xüsusi seçilən şagirdlərə isə sertifikatlar veriləcək.

Tədbirin yekun iclası mayın 27-də AMEA-nın Mikrobiologiya İnstitutunda keçiriləcək.

Əlavə məlumat üçün əlaqə telefonu: (012) 502 44 70

Məktəblilər əlavə vəsait kimi Mikrobiologiya İnstitutunun “ELM” TV ilə birgə hazırladıqları videolar ilə qeyd olunan linklərdə tanış ola bilərlər:

https://www.youtube.com/watch?v=yOZwc4Akm0g 

https://www.youtube.com/watch?v=424A1pAZ8f4 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.