ELM VƏ TƏHSİL
Məktəblilər üçün yalnız gündüz saatlarında işləyən telefon istehsal edilib
Bakı, 25 iyul, AZƏRTAC
Yaponiyada “Tona Mobilya” firması yalnız gündüzlər işləyən “ağıllı” telefon istehsal edib.
AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, şirkət səlahiyyətliləri "Tona m17" adı verilən və ibtidai siniflərdə təhsil alan uşaqların ekranabaxma müddətini məhdudlaşdırmaq məqsədilə yalnız gündüz saatlarında işləyən telefonun gələn ay satışa çıxaracaqlarını bildiriblər. Cihaz valideynlərin uşaqları ilə gün ərzində ünsiyyət qurmalarını təmin edəcək, həmçinin həddindən artıq istifadə ilə bağlı yan təsirləri aradan qaldıracaq.
Yaponiyada avqustun 1-dən etibarən 312 dollara (34 min 800 yen) bazara çıxarılacaq telefonun avtomatik olaraq bağlanması və mesajlaşmanın məhdudlaşdırılması kimi xüsusiyyətləri var.