ELM VƏ TƏHSİL


Məktəblilər xüsusi qayğıya ehtiyacı olan ahılları sevindiriblər

Bakı, 2 oktyabr, AZƏRTAC 

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumtəhsil müəssisələrində Beynəlxalq Ahıllar Günü qeyd edilib.

BŞTİ-dən AZƏRTAC-a bildirilib ki, bu münasibətlə silsilə tədbirlər keçirilib, bir sıra məktəblərin müəllim-şagird heyətinin Bilgəh qəsəbəsində yerləşən Qocalar evinə ziyarəti təşkil olunub.

Tədbirlərdə BMT Baş Məclisinin 1992-ci ildə ahılların müdafiəsi ilə bağlı qəbul etdiyi qətnamənin prinsiplərinə uyğun olaraq, hər il 1 oktyabr tarixinin Beynəlxalq Ahıllar Günü kimi qeyd edildiyi şagirdlərin diqqətinə çatdırılıb. Bildirilib ki, ölkəmizdə də qeyd olunan bu gün əsasən yaşlılara və ahıllara qayğının daha da artırılması, onlara müxtəlif yardımların edilməsi ilə yadda qalır.

Şagirdlər qocalarla maraqlı söhbətlər aparıb, xüsusi qayğıya, sevgiyə ehtiyacı olan ahılları sevindiriblər.

Görüşlərdə, həmçinin məktəblilər yaşlılara olan sevgilərini, diqqət və qayğılarını şeir və mahnılarla ifadə ediblər.

Daha sonra şagirdlər ahıllara hədiyyələr verib və onlarla xatirə şəkli çəkdiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.