REGİONLAR


Məktəblilər zubrlar və onların qorunmasının vacibliyi barədə maarifləndirilirlər

Qəbələ, 27 iyun, Mustafa Dadaşov, AZƏRTAC

Qəbələdə “Zubrları təbiətimizə qaytaraq!” adlı ekoloji yay düşərgəsinə start verilib. IDEA İctimai Birliyi və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən “Azərbaycanda zubrların reintroduksiyası” proqramı çərçivəsində təşkil olunan ekoloji yay düşərgəsində Qəbələ və İsmayıllı rayonlarından olan 30 məktəbli iştirak edir.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Qəbələ Rayon İcra Hakimiyyətindən məlumat verilib.

Bildirilib ki, “Zubrları təbiətimizə qaytaraq!” yay düşərgəsinin əsas məqsədi zubrlar və onların qorunmasının vacibliyi haqqında gəncləri məlumatlandırmaq, onları məktəb yaşlarından ətraf mühit barədə maarifləndirmək, məktəblilərdə təbiətə qarşı rəğbət və qayğı hissini formalaşdırmaqdır.

Üç gün davam edəcək düşərgə zamanı iştirakçılar zubrların həyat tərzi və təbiətdəki rolu haqqında geniş məlumatlar əldə edəcək, bu nadir canlı növünün zəngin təbiətimizə qaytarılmasının əhəmiyyətini təbliğ edən seminarlarda, o cümlədən müxtəlif ekoloji tədqiqat və müsabiqələrdə iştirak edəcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.