ELM VƏ TƏHSİL


Məktəblilərarası VII fənn müsabiqələrinin final mərhələsinin nəticələri açıqlanıb

Bakı, 19 may, AZƏRTAC

Məktəblilərarası VII fənn müsabiqələrinin final mərhələsinin nəticələri açıqlanıb.

Təhsil İnstitutundan AZƏRTAC-a bildirilib ki, iştirakçılar nəticələrini təhsil aldıqları ümumtəhsil müəssisələrindən öyrənə bilərlər. Qaliblərin nəticələri olimpiada.edu.az saytında yerləşdirilib.

Mayın 23-dən etibarən iştirakçılar portal.edu.az saytında “Şəxsi kabinet”lərinə daxil olaraq nəticələri ilə tanış ola biləcəklər. Nəticələrlə bağlı müraciətlər Təhsil İnstitutu tərəfindən 3 iş günü ərzində yerli təhsil idarəetmə orqanları vasitəsilə qəbul edilir. 4264 nəfər məktəblinin iştirak etdiyi fənn müsabiqələrinin final mərhələsində qalib olan (qızıl, gümüş, bürünc medal qazanan) şagirdlər qəbulu mərkəzləşdirilmiş imtahan sistemi ilə keçirilən lisey və gimnaziyalarda müsabiqədənkənar təhsil almaq hüququ əldə edirlər. Bunun üçün həmin şagirdlər iyunun 10-dək Təhsil İnstitutuna ərizə ilə müraciət etməlidirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.