ELM VƏ TƏHSİL


Məktəblilərə düzgün qidalanma ilə bağlı müvafiq tövsiyələr verilib

Bakı, 7 noyabr, AZƏRTAC 

Paytaxt məktəblərində “Sağlam məktəbli” maarifləndirici layihə çərçivəsində görüşlər davam edir.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən AZƏRTAC-a bildiriblər ki, bu qurumun tabeliyindəki 276 nömrəli tam orta məktəbdə təşkil olunan görüşdə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun və Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları, məktəbin pedaqoji kollektivi və şagirdlər iştirak ediblər.

Görüşdə layihənin məqsədi barədə ətraflı məlumat verilib. Bildirilib ki, məktəblilər arasında qida təhlükəsizliyi mövzusunu təbliğ etmək və şagirdlərdə bununla bağlı bilik və müvafiq vərdişlər aşılamaq layihənin əsas məqsədlərindəndir.

Tədbirdə, həmçinin məktəblilərə düzgün qidalanma barədə müvafiq tövsiyələr verilib, “Qida zəncirinin mərhələləri”ni əks etdirən videoçarx təqdim olunub. Daha sonra şagirdlərlə “Məktəblərdə sanitar-gigiyenik norma və qaydalara əməl olunması”, “Fast food” qidaların ziyanları” mövzularında fikir mübadiləsi aparılıb.

Sonda mütəxəssislər tərəfindən məktəblilərin sualları cavablandırılıb və onlara sağlam qidalanma ilə bağlı maarifləndirici materiallar paylanılıb.

Qeyd edək ki, layihə çərçivəsində görüşlərin cari ilin sonunadək davam etdirilməsi nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.