CƏMİYYƏT


Məktəblilərə yol hərəkəti qaydaları barədə məlumatlar verilib VİDEO

Bakı, 16 aprel, AZƏRTAC

Binəqədi Rayon Dövlət Yol Polisi Şöbəsinin təşkilatçılığı ilə 246 nömrəli orta məktəbdə şagirdlərin iştirakı ilə yol hərəkəti qaydalarının təbliğatına həsr olunmuş maarifləndirici tədbir keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbiri açan məktəbin direktoru Almaz Bayramova orta məktəblərdə yol hərəkəti qaydalarının təbliğinin uşaqların mövzu ilə bağlı bilik və bacarıqlarının formalaşmasına müsbət təsir göstərdiyini deyib.

Daha sonra çıxış edən Binəqədi Rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları Yol Hərəkəti Təhlükəsizliyinə dair Dövlət Proqramının icrası ilə bağlı yol polisinin üzərinə düşən vəzifələr barədə məlumat veriblər. Qeyd edilib ki, yol polisinin məktəblilər arasında maarifləndirmə işləri aparmasında əsas məqsədi onları qəzalardan qorumaq və uşaqların zərər çəkməsini minimuma endirməkdən ibarətdir.

Tədbir zamanı şagirdlərə yol-nəqliyyat hadisələrinin törətdiyi ağır fəsadlardan bəhs edən videoroliklər nümayiş olunub. Görüntülər əsasında şagirdlərlə yol polisləri arasında maraqlı diskussiya təşkil edilib.

Sonda fərqlənən şagirdlərə Binəqədi Rayon Dövlət Yol Polisi Şöbəsinin hədiyyələri təqdim olunub.

Qeyd edək ki, Binəqədi Rayon Dövlət Yol Polisi Şöbəsi son bir ayda 5 orta məktəbdə bu cür maarifləndirici tədbir keçirib. Təhsil ilinin sonuna qədər belə tədbirlərin digər məktəblərdə də keçirilməsi planlaşdırılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.