ELM VƏ TƏHSİL


Məktəblilərimiz İstanbulda keçirilən beynəlxalq tədbirdə uğur qazanıblar

Bakı, 16 may, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının Radiasiya Problemləri İnstitutunun aparıcı elmi işçisi, dosent Mətanət Mehrabovanın rəhbərliyi ilə şagirdlər tərəfindən aparılan tədqiqat işi Türkiyənin İstanbul şəhərində keçirilən doktor İbrahim Arikan adına XXVIII Beynəlxalq Tədqiqat Layihələri yarışmasında 2-ci yerə layiq görülüb.

İnstitutdan AZƏRTAC-a bildiriblər ki, yarışmada Bakı Dövlət Universitetinin “Gənc istedadlar” liseyinin 9-cu sinif şagirdləri Məryəm Bayramova və Nicat Ömərlinin “Yeni nəsil fotodetektorlar” layihəsi fizika bölməsi üzrə mükafatçılar sırasında yer alıb.

Qeyd edək ki, yarışın final mərhələsinə kimya və biologiya bölmələri üzrə ümumilikdə 20 ölkədən 30 layihə seçilərək təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.