ELM VƏ TƏHSİL


Məktəblilərimiz beynəlxalq elmi ideya və layihə olimpiadasında iştirak edəcəklər

Bakı, 9 aprel, AZƏRTAC

İyunun 11-dən 16-dək Türkiyənin İzmir şəhərində "OKSEF-2018" məktəblilərin beynəlxalq elmi ideya və layihə olimpiadası keçiriləcək.

Azərbaycan Milli Elmlər Akademiyasının Aşqarlar Kimyası İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri, dosent Əfsun Sucayev AZƏRTAC-a bildirib ki, dünyanın 40-dək ölkəsindən 100-dən çox məktəbli iştirak edəcək. Bu mötəbər tədbirdə ölkəmizi Bakı şəhəri Nizami rayonu 251 saylı məktəbin şagirdləri Lalə Allahverdiyeva və Aysu Məmmədova təmsil edəcəklər. Məktəblilərin elmi rəhbəri Aşqarlar Kimyası İnstitutunun elmi işçisi Könül Qəhrəmanovadır. Məktəblilərin “Mikroorqanizmlərin zərəri xeyirli ola bilərmi?” layihəsi müsabiqənin ətraf mühit və ekologiya kateqoriyası üzrə final mərhələsinə vəsiqə qazanıb.

Layihənin təcrübi hissəsi 2018-2019-cu illər ərzində Aşqarlar Kimyası İnstitutunun yağlayıcı-soyuducu mayelərə aşqarlar laboratoriyasında yerinə yetirilib.

Müsabiqə çərçivəsində layihə iştirakçılarının təmsil olunduğu ölkələr haqqında qısametrajlı film nümayiş olunacaq.

Xatırladaq ki, 14 ildir keçirilən beynəlxalq olimpiadanın əsas məqsədi istedadlı, yaradıcı məktəbliləri elmi və texnoloji araşdırmalar aparmağa həvəsləndirmək, eyni yaş qrupundan gəncləri bir araya gətirməkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.