ELM VƏ TƏHSİL


Məktəblilərin Respublika Yaradıcılıq Festivalı çərçivəsində maarifləndirici təlimlərə başlanılıb

Bakı, 10 yanvar, AZƏRTAC

Təhsil, Mədəniyyət, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin birgə təşkilatçılığı ilə keçiriləcək Məktəblilərin Respublika Yaradıcılıq Festivalı çərçivəsində maarifləndirici təlimlərə başlanılıb.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, ümumilikdə 9 zona üzrə keçirilməsi nəzərdə tutulan təlimlərin əsas məqsədi festivala qatılan ümumtəhsil məktəbləri və uşaq-gənclər inkişaf mərkəzlərinin iştirakçılarını bu tədbir haqqında maarifləndirməkdir. Yanvar ayının ortalarında Quba-Xaçmaz zonasını əhatə edən ümumtəhsil məktəblərinin və uşaq-gənclər inkişaf mərkəzlərinin müəllimləri üçün təlimlər keçiriləcək. Festivalda respublikanın bütün ümumi təhsil müəssisələri şagirdlərinin iştirakı nəzərdə tutulur.

Xatırladaq ki, Bakı şəhəri 20 nömrəli məktəb-liseydə Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin əməkdaşları tərəfindən keçirilən təlimlərə ilk olaraq Bakı-Abşeron zonasını əhatə edən ümumtəhsil məktəbləri və Uşaq-Gənclər İnkişaf mərkəzlərindən 300 nəfərdən çox müəllim cəlb olunub.

Təlimdə bildirilib ki, festivalın keçirilməsində əsas məqsəd məktəblilərdə yeni növ texnologiyalardan istifadə edərək yaradıcı təfəkkür və açıq düşüncə tərzini formalaşdırmaq, onları gələcək peşə seçimi imkanları ilə təmin etməkdən ibarətdir. Festival çərçivəsində, həmçinin “Ekoloji yönümlü və enerji effektli məktəb” və “Məktəblilərin dram, təsviri və dekorativ-tətbiqi sənət üzrə respublika müsabiqələri” təşkil ediləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.