CƏMİYYƏT


Məktəblilərin “Xarıbülbül” düşərgəsinə start verilib

Bakı, 13 avqust, AZƏRTAC

Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin “Şuşa İli” çərçivəsində elan etdiyi xüsusi qrant müsabiqəsinin qaliblərindən olan “Karvan” Gənclərin İnkişafına Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə avqustun 13-də məktəblilərin “Xarıbülbül” düşərgəsinə start verilib.

AZƏRTAC xəbər verir ki, düşərgəyə şəhid övladları, Şuşa məktəbliləri və digər məktəblərdən olan şagirdlər qatılıblar. Məktəblilər düşərgə boyunca Şuşa ilə yaxından tanış olacaq, onun tarixi, məruz qaldığı vandalizm və işğaldan sonrakı sürətli inkişafı haqqında məlumatlar əldə edəcəklər. İştirakçılar, həmçinin Zəfəri bizə yaşadanlarla görüş, asudə vaxtlarının səmərəli təşkili üçün müxtəlif əyləncəli və intellektual oyunlar, bədən dili, səmərəli təqdimetmə, emosional zəka, motivasiya və s. mövzularda keçirilən təlimlərdə iştirak edəcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.